Koreyanın paytaxtı Seul şəhərində Dəmir Yolları Əməkdaşlığı Təşkilatının (DYƏT) 34-ci iclası keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
ONA-nın "Azərbaycan Dəmir Yolları"na istinadən verdiyi məlumata görə, iclasda 2018-ci il üçün yük daşımaları üzrə DYƏT Komissiyasının fəaliyyət nəticələri, 2018-ci ildə İnfrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyasının fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika üzrə Daimi İşçi Qrupunun fəaliyyəti, birbaşa dəmir yolu bağlantısına dair Konvensiyanın layihə mətninin qəbul edilməsi, dəmir yolu daşımalarında peşəkar təhsil/təlim üzrə Müvəqqəti İşçi Qrupunun işinin gedişatı, Baş Direktorlar Konfransının iclaslarının 2020-ci və sonrakı illər üçün keçirilmə yerlərinin ardıcıllığı, DYƏT Baş Direktorlar Konfransının XXXV iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə edilir.
Yekunda müvafiq sənədlərin imzalanması nəzərdə tutulur.