Dünya Bankı "Doing Business 2020" reytinqini açıqlayıb. Azərbaycan sözügedən siyahıda 190 ölkə arasında 76,7 balla 34-cü yerdə qərarlaşıb.
"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, bununla yanaşı Azərbaycan reytinqdə “kreditlərin alınması” indikatoru üzrə 1-ci pillədə, “biznesə başlamaq” indikatoru üzrə 9-cu yerdə, “müqavilələrin icrası” indikatoru üzrə 28-ci yerdə, “tikintiyə icazənin alınması” indikatoru üzrə 59-cu yerdə, “beynəlxalq ticarət” indikatoru üzrə 83-cü yerdə, qərarlaşıb.
Qeyd edək ki, "Doing Business-2020" reytinqinin birinci pilləsinə Yeni Zelandiya layiq görülüb.
Xatırladaq ki, ötən il Azərbaycan sözügedən reytinqdə 25-ci pillədə yer almışdı.