• İQTİSADİYYAT

    17:43 23 aprel 2019

Azərbaycanın dövlət rabitə operatorları Moskvada keçirilən beynəlxalq sərgidə iştirak edir

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Moskvada bu gün işə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir.

Nazirlikdən ONA-ya verilən məlumata görə, nümayəndə heyətinə NRYTN-nin Aparat rəhbərinin müavini Zamin Nurəhmədov rəhbərlik etdir. Heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Onlar sərgi çərçivəsində sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub.

Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir.

Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR