• İQTİSADİYYAT

    10:59 4 aprel 2019

AMB: Azərbaycan cari əməliyyatlar balansının ÜDM-ə nisbəti ikirəqəmli ədədlərlə ölçülən azsaylı ölkələrdənidir

Azərbaycanda iqtisadi aktivlik üçün əlverişli makroiqtisadi mühit yaranıb. Ötən il ölkədə inflyasiyanın səviyyəsi aşağı olub. Cari ildə də inflyasiya olduqca aşağı səviyyədə qorunur. ONA-nın məlumatına görə, bunu bu gün "Fitch Ratings" agentliyinin Bakıda keçirdiyi tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət üzrə departamentinin rəhbəri Azər Ələsgərov bidlirib.

Onun sözlərinə görə, adekvat monetar şərait inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirən əsas amildir: "Bizim apardığımız sorğular göstərir ki, inflyasiya gözləntiləri 2015-ci ildən bəri minumum səviyyəyə enib. Xarici sektor göstəriciləri yasxşılaşmaqda davam edir. Ötən il cari əməliyyatlar balansı profsitinin ümumi daxili məhsula nisbəti 13% səviyyəsində olub. Ümumiyyətlə, Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, cari əməliyyatlar balansının ÜDM-ə nisbəti ikirəqəmli ədədlərlə ölçülür".

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR