• İQTİSADİYYAT

    17:06 20 may 2019

Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 176,1 min manatlıq əczaçılıq məhsulları istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur.

Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə ölkədə tərkibində digər antibiotiklər olan, pərakəndə satış üçün qablaşdırılan 13,3 min manatlıq dərmanlar istehsal edilib. Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 53,8% azalma deməkdir.

Bundan başqa, yanvar-aprel aylarında Azərbaycanda 162,8 min manatlıq tərkibində qarışıq və ya xalis məhsullar olan, digər qruplara daxil edilməyən, pərakəndə satış üçün qablaşdırılan sair dərmanlar istehsal edilib ki, bu da 2018-ci ilin ilk dörd ayı ilə müqayisədə 27,4% çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan ümumi dəyəri 85 745,34 min ABŞ dolları təşkil edən 4 493,04 ton əczaçılıq məhsulları idxal edib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların dəyəri 0,04%, həcmi isə 0,4% artıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR