• İQTİSADİYYAT

    17:47 17 aprel 2019

Azərbaycan əhalisinin nominal gəlirləri artıb

Bu ilin birinci rübü ərzində Azərbaycan əhalisinin nominal gəlirləri 12 590,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% çoxdur.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 1 275,7 manat təşkil edib. Bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,6% çoxdur.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 567,3 mln. manat vəsait qalıb.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR