Azərbaycanın "Fərdi məlumatlar haqqında" Qanunu Avropada qəbul olunan müvafiq direktivə uyğunlaşdırılır.
ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "EU4Digital" proqramının təqdimatında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, bu işlərin icrası üçün işçi qrup yaradılıb: "Bu gün işçi qrupun ilk iclası keçirilib. Güman edirik ki, biz qısa bir zamanda Avropa direktivindən irəli gələn tələbləri öz qanunvericiliyimizdə də əks etdirəcəyik”, - deyə E. Vəlizadə qeyd edib.