Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə dronlar icarəyə veriləcək.
ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.
"Hazırda pilot olaraq 1 ədəd dron gətirilib və qısa müddət ərzində onların sayı 15-dək artırılacaq. Onlar nazirliyin Elm və İnnovasiya Mərkəzinin nəzdində olan Bitkiçilik İnstitutunda veriləcək. Sözügedən institut tərəfindən mütəxəssis cəlb olunub ki, onların istifadəsinə dair təlimlər keçirsin", - deyə T. Qafarbəyli bildirib.