• İQTİSADİYYAT

    13:09 19 aprel 2019

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivlərinə dair işçi qrupunun iclası keçirilib

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı işçi qrupunun iclası keçirilib.

“Azərenerji” ASC-dən ONA-ya verilən məlumata görə, iclas ötən ilin dekabrın 18-də “Azərenerji” və “Gürcüstan Dövlət Elektrosistem” səhmdar cəmiyyətlərinin rəhbərləri arasında imzalanan “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı memoranduma uyğun olaraq keçirilib.

İşçi qrupunun ilk iclasında Azərbaycanla-Gürcüstan arasında mövcud olan və 1958-ci ildə tikildiyindən istismar müddətini başa vuran 330 kV-luq 1 dövrəli Qardabani elektrik hava xəttinin 2 dövrəli formada yenidən qurulması müzakirə edilib.

Eyni zamanda, “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı saziş layihəsinin digər detalları barədə də fikir mübadiləsi aparılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR