• İQTİSADİYYAT

    17:25 3 iyun 2019

Azərbaycan ilk dəfə gənclərin İnternet İdarəçilik Forumu keçirilib

Azərbaycan ilk dəfə gənclərin İnternet İdarəçilik Forumu keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, Forumun əsas məqsədi Azərbaycan və region ölkələri gənclərini bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsi olub. Tədbirə müxtəlif ölkələrdən, əsasən 17-25 yaş arası gənclər qatılıb. Forum çərçivəsində iştirakçıların nəzəri və praktiki hazırlığı həyata keçirilib.

Tədbiri giriş sözü ilə acan nazir müavini Elmir Vəlizadə Azərbaycanda internetdən istifadə səviyyəsinin 80% təşkil etdiyini bildirib və ölkədə genişzolaqlı xidmətlərin inkişafına xüsusi önəm verildiyini qeyd edib.

Nazir müavinin sözlərinə görə, hazırda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı prioritet təşkil edir və eyni zamanda "Elektron hökumət" həllərinin geniş tətbiqinə diqqət göstərilir. Forumun işinə həmçinin BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavininin səlahiyyətlərini icra edən Yuliya Şerbinina qatılıb. İyunun 1-də işə başlayan tədbir bu gün başa çatıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR