• İQTİSADİYYAT

    12:38 19 mart 2019

Azərbaycanda internet istifadəçilərinin 14%-i fişinq hücumlarına məruz qalıb

2018-ci ildə Azərbaycan fişinq hücumlarının sayına görə 169 ölkə arasında 13,83% göstərici ilə 79-cu yerdə qərarlaşıb. “Kaspersky Lab” şirkətindən ONA-ya verilən məlumata görə, Azərbaycan ilk dəfə olaraq fişinq hücumlar monitorinqinə daxil edilib.

Ötən il ərzində “Kaspersky Lab” 500 milyona yaxın fişinq səhifəyə keçid cəhdinin qarşısını alıb. Bu, 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.

Siyahıda ilk pilləni 28,28%-lə Braziliya tutur. Sinqapur isə 4,54% göstərici ilə sonuncudur.

“Kaspersky Lab” şirkətinin baş kontent analitiki Tatyana Sidorinanın sözlərinə görə, kriptovalyutalarla bağlı resurslara olunan fişinq hücumlarının sayında stabil artım müşahidə edilir.

“Kriptovalyutaların məzənnəsinin düşməsinə baxmayaraq, fırıldaqçı və spamçılar bu bazardan yetəri qədər mənfəət əldə etməyə çalışırlar. Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır”, - deyə T. Sidorina bildirib.

Ötən il “Kaspersky Lab” şirkəti “özüyayılan” fişinqi ifşa edib. Bu, əsasən mesencer və sosial şəbəkələrdə, xüsusilə də “Whatsapp”da geniş yayılıb. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirdilər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunurdu.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR