• İQTİSADİYYAT

    15:54 21 may 2019

Azərbaycan İqtisadiyyat Nazirliyi sahibkarlara əmlaklarını sığortalamağı tövsiyə edib

Azərbaycan İqtisadiyyat Nazirliyi sahibkarlara öz əmlaklarını sığortalamağı tövsiyə edir. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı ayrılan vəsait sahibkarlıq subyektlərinə seçilmiş banklar vasitəsilə artıq təqdim olunub: "Onlara dəyən ziyanın inventarizasiyası başa çatdırılıb və hazırda istintaq prosesi davam edir. Biz istintaqın nəticəsini gözləməliyik".

Sahibkarların belə hallardan sığortalanmasına gəldikdə, S. Məmmədov qeyd edib ki, bu proseslər sığorta mexanizmləri ilə tənzimlənir və belə hallar baş verdikdə sığorta mexanizmləri isə düşür və sahibkarlıq subyektlərinə sığorta şirkətləri tərəfindən dəyən ziyan ödənilir.

"Sözsüz ki, Azərbaycanda bu sahədə də qanunvericilik əsasları mövcuddur və qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Sahibkarlarımıza tövsiyəmiz odur ki, öz əmlaklarını sığortalasınlar ki, gələcəkdə belə hallarla üzləşməsinlər", - deyə nazir müavini qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR