• İQTİSADİYYAT

    10:50 16 may 2019

Azərbaycan iqtisadiyyatı 2,1% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 813,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM istehsalının 46,5%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9%-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR