2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda 11 484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən məlumata görə, ÜDM istehsalının 47%-i sənayenin, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 15,7%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 163,8 manata bərabər olub.