Azərbaycan iqtisadiyyatının kredit yükü illik müqayisədə 3 faiz bəndi artaraq cari il noyabrın 1-nə 22%-i ötüb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı və Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2019-cu il noyabrın 1-nə əsasən Azərbaycanda iqtisadiyyatın kredit yükü 22,1%, qeyri-neft iqtisadiyyatı üzrə isə 36% təşkil edib. Nəticədə ölkə iqtisadiyyatının kreditlə yüklənməsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz bəndi, o cümlədən qeyri-neft iqtisadiyyatı üzrə 3 faiz bəndi artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə iqtisadiyyatın kreditlə yüklənməsi 18,8%, qeyri-neft iqtisadiyyatının kredit yükü isə 33% olub.