• İQTİSADİYYAT

    12:47 27 may 2019

Azərbaycan, İran və Rusiya arasında yükdaşımalarının tənzimlənməsi ilə bağlı sənədlər hazırlanacaq

Azərbaycan, İran və Rusiya arasında yükdaşımalarının tənzimlənməsi ilə bağlı işçi qrupunun danışıqlar aparması və sənədlərin hazırlanması barədə də razılıq əldə olunub.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, razılıq nazir Ramin Quluzadə ilə Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrix ilə Moskvada ikitərəfli görüş çərçivəsində səsləndirilib.

Görüşdə Azərbaycanla Rusiya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yükdaşımalarının həcminin artırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan) – “Yaraq-Qazmalar” (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində tikilən körpünün istismara verildikdən sonra istifadəsi və “Platon” sistemi haqqında danışıqlar aparıb.

Eyni zamanda, Xəzər dənizində birgə xilasetmə işlərinin təşkil olunması, hava daşımalarında və nəqliyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR