• İQTİSADİYYAT

    13:24 28 mart 2019

Azərbaycan ixracatçılarına xidməti pasportlar verilə bilər

Azərbaycan ixracatçılarına Avropa və ərəb ölkələrinə vizasız gediş-gəliş üçün xidməti pasportlar verilə bilər. ONA-nın məlumatına görə, məsələ ilə bağlı hökumətə təkliflər hazırlanır.

Hazırda belə təcrübə qonşu Türkiyə və bəzi Avropa ölkələrində tətbiq olunur. Aparılan araşdırmalar göstərir ki, bu konvensiyalara zidd deyil və xidməti pasportların verilməsi ölkənin qərarından asılıdır. Xidməti pasportların verilməsi, iş adamların xaricidə keçiriləcək işgüzar səfərlərdə iştirakını asanlaşdıra bilər. Belə ki onlar viza almaq üçün vaxt itkisi ilə üzləşməyəcəklər, bu da biznes üçün vacib amildir.

Qeyd edək ki, hazırda Azərbaycanda xidməti pasportlar mədəniyyət sahəsində çalışan şəxslərə verilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR