• İQTİSADİYYAT

    18:07 14 may 2019

Azərbaycan məhsulları "Sial China 2019" sərgisində nümayiş olunur

Bu gün Çin Xalq Respublikasının Şanxay şəhərində "Sial China 2019" beynəlxalq sərgisi işə başlayıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, 14-16 may tarixlərində keçiləcək sərgidə Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasına daxil olan 12 yerli şirkət məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan şirkətləri "Sial China 2019" sərgisinə böyük maraq göstərirlər. Belə ki, sərgidə qeyd edilən şirkətlərlə yanaşı, əlavə olaraq 7 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir. Bundan əlavə, Çinin Şanxay və Urumçi şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsulların satışına dair müzakirələr aparacaqlar.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR