• İQTİSADİYYAT

    17:15 13 may 2019

Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub. Nazirlikdən ONA-ya verilən məlumata görə, 13-18 may tarixlərini əhatə edən missiyaya qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 13 Azərbaycan şirkəti daxildir.

Məlumatda həmçinin bildirilir ki, missiya çərçivəsində Çinin Yivu və Şanxay şəhərlərində Azərbaycan sahibkarları və Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR