• İQTİSADİYYAT

    16:10 6 mart 2019

Azərbaycan məhsullarının Çinə ixracı ilə bağlı konkret müzakirələr aparılıb

Azərbaycan Çin Xalq Respublikasına öz məhsullarının ixracının təşkil olunması və genişləndirilməsi ilə bağlı konkret müzakirələr aparıb.

ONA-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ İqtisadiyyat Nazirliyi nümayəndələrinin bu yaxınlarda Çinə səfəri çərçivəsində keçirilən görüşlərin müzakirə mövzusu olub: “Çin şirkətləri tərəfindən Azərbaycanda investisiyaların yatırılması ilə bağlı konkret danışıqlar aparılıb və bu işlərin miqyası ildən-ilə artacaq. Konkret olaraq Çinlə kimya və aqrar sənaye sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb. Çin böyük iqtisadiyyata malik dövlətdir və Azərbaycanın bu ölkə ilə yüksək səviyyədə ticarət-iqtisadi əlaqələri mövcuddur. Biz bu əlaqələri daha da genişləndirmək niyyətindəyik. Yaxın zamanlarda danışıqların nəticəsi konkretləşdikdə, layihələr barədə açıqlama verəcəyik”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR