Azərbaycan brendi olan məhsulların ixracının həcmi artıb. ONA xəbər verir ki, bunu Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, xidmət general-mayor Mirqasım Vahabov deyib.
O bildirib ki, 2018-ci ildə qeyri-neft sektorunda ixrac 2017-ci illə müqayisədə 12% artıb: "Hazırda ixrac məhsullarının həcmi 2 milyar manata yaxındır".