• İQTİSADİYYAT

    13:53 23 aprel 2021

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,75 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, əhalisi 29662 nəfər olan 5 rayonun 16 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 25 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,75 milyon (bir milyon yeddi yüz əlli min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

Beyləqan

7

Aşağı Çəmənli kəndi

1483

Baharabad qəsəbəsi

1006

Dünyamalılar kəndi

7539

Kəbirli kəndi

5060

Mayak qəsəbəsi (2 quyu)

834

Örənqala qəsəbəsi

2123

Cəbrayıl (Biləsuvar rayonu ərazisi)

2

1 №-li qəsəbə

1600

Füzuli

10

Alxanlı kəndi (2 quyu)

1800

Aşağı Kürdmahmudlu kəndi

1235

Aşağı Yağlıvənd kəndi

1720

Birinci Mahmudlu kəndi (2 quyu)

822

Əhmədbəyli kəndi

986

İkinci Mahmudlu kəndi

1564

Yuxarı Kürdmahmudlu kəndi (2 quyu)

1270

Xocavənd

2

Nərgiztəpə ərazisi

70

Şuşa (Ağdam rayonu ərazisi)

4

Mirzələr qış yatağı

550

Cəmi:

25

16

29 662

ONA

Teqlər:

SON XƏBƏRLƏR