Azərbaycan Mərkəzi Bankı (AMB) notlar üzrə faiz dərəcəsini aşağı salıb.
ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, cari ilin əvvəlində dövriyyədə olan notların dəyəri 1 008,27 mln. manat, not üzrə faiz dərəcəsi isə 8,74% təşkil edib.
Mayın 3-nə olan məlumata görə, AMB-nin dövriyyədə olan notlarının dəyəri ilin əvvəli ilə müqayisədə 155,84 mln azalaraq 852,43 mln. manat, faiz dərəcəsi isə 1,98% bəndi azalaraq 6,76% olub.