• İQTİSADİYYAT

    12:53 11 mart 2019

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil edib.

ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, AMB 350 milyon manat cəlb edəcəyini açıqlamışdı. Qeyd olunan məbləğ cəlb olunub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR