Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
AMB-dən ONA-ya verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2019-ci il mart ayının 1-nə 5 mlrd. 761,9 mln. ABŞ dolları təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 374,6 mln. dollar və ya 6,95% çoxdur.