• İQTİSADİYYAT

    17:53 17 aprel 2019

Azərbaycanın metallurgiya sənayesində məhsul istehsalı 14% azalıb

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-mart aylarında 130,9 milyon manatlıq məhsul istehsal olunub.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, metallurgiya sənayesində 13,9%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 22,6% azalma müşahidə olunub. Dövr ərzində sahə üzrə 3 500 ton (80,9% çox) qara metallardan sair konstruksiyalar, 10,3 ton (42,2% çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilmişdir.
Cari ilin birinci rübü ərzində 70,2 min ton armatur, 3,1 min ton polad borular istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 0,8 və 77,3% azalıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR