• İQTİSADİYYAT

    11:34 20 may 2019

Azərbaycan metanol istehsalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 333,8 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 54,2%, kimya sənayesində 31,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 28,7% artıb.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 99,3%, propilen istehsalı 80,2%, etilen istehsalı 21,2%, yod istehsalı 14,8%, polietilen istehsalı 7,6% artıb.

Kimya sənayesi məhsullarının istehsalı:

Məhsul növləri

2019-cu ilin yanvar-aprel aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Azot, min kub m

7 556,5

90,6

ondan əmtəəlik

358,1

31,4

Yod, ton

63,5

114,8

Oksigen, min kub m

1 090

59,9

ondan əmtəəlik

1 066,6

60,7

Propilen, min ton

38

180,2

ondan əmtəəlik

37,9

2,4 dəfə

Polietilen, min ton

42,1

107,6

Etilen, min ton

48,8

121,2

Metanol (metil spirti), min ton

101,7

7,6 dəfə

Lak-boya məmulatları, ton

6 770

199,3

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

6 352,4

142,1

Emil

Teqlər:

SON XƏBƏRLƏR