• İQTİSADİYYAT

    13:19 20 may 2019

Azərbaycan minik avtomobillərinin istehsalını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,1% azdır.

Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

Məlumata əsasən, yanvar-aprel aylarında Azərbaycanda traktor istehsalı 10,7% azalaraq 451 ədəd təşkil edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR