• İQTİSADİYYAT

    14:43 4 may 2019

"Samsung"un Azərbaycanın mobil qurğular bazarında payı azalıb

Bu ilin aprel ayında Azərbaycan mobil qurğuları bazarında "Samsung"un bazar payı mart ayı ilə müqayisədə 4,2 faiz bəndi azalıb.

ONA-nın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, mayın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 54,2% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6,3 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.

Cari ilin aprel ayında "Apple" şirkətinin daxili bazar üzrə məhsullarının payı 1,4 faiz bəndi artıb. Bu göstərici may ayının 1-nə olan məlumata görə 14,9% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 3,9 faiz bəndi çoxdur. "Apple"ın məhsulları Azərbaycanın mobil cihazları bazarında ikinci yeri tutur.

3-cü yerdə bazar payı 13,5% olmaqla "Xiaomi" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı aprel ayı ərzində 1,8 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə təxminən 10,6 faiz bəndi artıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,05%, naməlum (əsasən Çin mənşəlli) istehsalçıların mobil cihazları – 2,31%, LG – 1,95%, "Nokia" – 1,73%, "Lenovo" – 1,68%, HTC – 1,32%, "Alcatel" – 0,91% və s.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR