• İQTİSADİYYAT

    17:33 24 may 2019

Azərbaycan neft məsullarının ixracını kəskin azaldıb

Azərbaycan bu ilin birinci rübündə 57,5 min tondan artıq reaktiv mühərriklər və digər məqsədlər üçün kerosin ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 56,1% azdır.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkədən ixrac edilən reaktiv mühərriklər və digər məqsədlər üçün kerosinin dəyəri 34,9 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 46% azdır.

Başqa neft və qaz məsulların ixracında da ilin birinci rübündə azalma müşahidə edilib:

Malların adı

2019-cu ilin yanvar-mart aylarında

2018-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə

miqdarı

məbləği (min dollar)

miqdarı

məbləği

Reaktiv mühərriklər üçün və digər məqsədlər üçün kerosin, ton

57 511,2

34 903,2

43,9

54

Ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, min ton

141

65 109,3

98,3

92,4

Maye qaz, ton

20 453,7

3 974,2

71,9

88,4

Neft koksu, ton

46 407,3

4 562,7

74,1

118,7

Emil

Teqlər:

SON XƏBƏRLƏR