Bu ilin birinci rübündə Azərbaycanda 9,7 mln. ton neft hasil edilib ki, bu da keçən ilin birinci rübünə nisbətdə 0,15% çoxdur.
ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq 9,1 mlrd. kubmetr təşkil edib.
Cari ilin birinci rübündə SOCAR üzrə 1,85 mln. ton neft və 1,56 mlrd. kubmetr qaz hasil olunub ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə neft hasilatı 1,1% artıb, qaz hasilatı isə 0,6% azalıb.