Ötən həftə ərzində (13-17 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin bahalaşması davam edib.
ONA-nın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin əvvəlindən 1,94 ABŞ dolları və ya 2,46% artaraq orta hesabla 75,43 dollara bərabər olub.
Həftə ərzində ən yüksək qöstərici – 76,7 dollar – mayın 16-da qeydə alınıb.