Ötən həftə ərzində (20-24 may) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
ONA-nın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin əvvəlindən 2,13 ABŞ dolları və ya 2,8% azalaraq orta hesabla 73,3 dollara bərabər olub.
Həftə ərzində ən yüksək qöstərici – 75,53 dollar – mayın 20-də qeydə alınıb.