Ötən həftə ərzində (8-12 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin bahalaşması davam edib.
ONA-nın məlumatına görə, həftə ərzində Azərbaycan neftinin 1 barelə olan qiyməti əvvəlki həftə ilə müqayisədə 2,28 ABŞ dolları və ya 3,2% artaraq orta hesabla 73,52 dollara bərabər olub.