• İQTİSADİYYAT

    10:55 12 may 2020

Azərbaycan nefti həftə ərzində 47% bahalaşıb

Ötən həftə ərzində (4-8 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 47,3%-a yaxın bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 9,36 ABŞ dolları və ya 47,27% artaraq orta hesabla 29,16 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 31,33 dollar təşkil edib, ən minimal göstərici isə 24,11 dollar səviyyəsində olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR