• İQTİSADİYYAT

    11:58 15 fevral 2023

Azərbaycan nefti ötən il 45%-dək bahalaşıb

2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Məlumatda görə, 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

“2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub”, - məlumatda bildirilir.

Energetika Nazirliyinin məlumatına görə, 2022-ci il ərzində Azərbaycanda 32,6 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 20,4 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun, 4,4 mln. tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 mln. ton təşkil edib. Hesabat dövründə, 26,3 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR