• İQTİSADİYYAT

    10:35 1 fevral 2021

Azərbaycan neftinin orta qiyməti ötən ay 9,7% artıb

Bu ilin yanvar ayının nəticələrinə görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 55,57 ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin dekabr ayının orta qiyməti ilə müqayisədə 4,92 dollar və ya 9,7% çoxdur.

"APA-Economics"in məlumatına görə, yanvar ayında ən yüksək göstərici (yanvarın 20-si) – 56,84 dollar təşkil edib, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR