Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.
ONA xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti 2023-cü ildə ilk dəfə 100 dolları ötüb.