2019-cu ildə Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32,7 mlrd. manat olmaqla, 2018-ci ilə nisbətən 0,4% artıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ilində ölkədə 37 517,6 min ton xam neft və 35 591,4 mln. kubmetr təbii qaz hasil ediklib. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 3,2% azalıb və 16,3% artıb.
Sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 37,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 24,5 mlrd. kubmetr təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3,3% azalıb, qaz hasilatı isə 27,7% artıb.