Ötən il Azərbaycan 12,21 mlrd. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 23,2% çoxdur.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 2,57 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 50,8%-lik artım deməkdir.
Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.