• İQTİSADİYYAT

    16:58 13 mart 2019

Azərbaycan öz antivirus sistemini təqdim edəcək

Azərbaycan proqramçılarının yaratdığı antivirus sisteminin ilkin Beta versiyası cari ilin ikinci yarısında təqdim olunacaq. Bu barədə ONA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Söhbət multifunksional zərərli kompüter proqramlarının analizi proqramından (“Multifunctional Analysis Program” – MAP) gedir, burada mövcud baza üzrə zərərli proqramların axtarışı təmin olunub.

Proqramın interfeysi üç (Azərbaycan, rus və ingilis) dili dəstəkləyəcək. Antivirus proqramının hazırlanması mərkəzin prioritet planlar sırasına daxildir.

MAP virusların aşkar edilməsi, aktiv proseslərin təhlili, şübhə doğuran proqram və fayllara bağlı hesabatların hazırlanması, valideyn nəzarəti və s. modullarla təchiz olunacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR