• İQTİSADİYYAT

    17:32 30 aprel 2019

Azərbaycan polipropilenin ixracını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında "SOCAR Polymer" Azərbaycandan 23,6 mln. ABŞ dollarlıq məhsul ixrac edib.

ONA-nın Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövründə şirkət məhsul ixrac etməyib.

Bundan başqa, ilin birinci rübündə Azərbaycan 23,5 mln. dollarlıq ilkin formalı polipropilen (78,3 dəfə artıb) və 22,4 mln. dollarlıq ilkin formalı polietilen (15% azalıb) ixrac edib.

Qeyd edək ki, Polipropilen Zavodu (illik istehsal gücü 184 min ton) və Yüksəksıxlıqlı Polietilen Zavodu (illik istehsalı gücü 120 min ton) hazırda inşa olunan "SOCAR Polymer"ə daxildir. "SOCAR Polymer" daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75%-ni Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR