Sumqayıt Texnologiyalar Parkı (STP) Polşaya alüminium profil məhsulları ixrac edib.
STP-dən ONA-ya verilən məlumata görə, satışla bağlı ilkin danışıqlar 2019-cu ilin yanvar ayından başlayıb və mart ayının sonlarında sifarişçi şirkətə test məhsullar göndərilib.
"Müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir. Növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının artacağı gözlənilir", - deyə STP-dən bildirilib.
Qeyd edək ki, STP Polşadan öncə Danimarkaya da bir neçə dəfə alüminium profil məhsulları ixrac edib.