• İQTİSADİYYAT

    13:54 25 fevral 2019

Azərbaycan Prezidenti: “Vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir”

“Bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artıb”.

ONA-nın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək: “Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq”.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR