• İQTİSADİYYAT

    15:29 16 mart 2019

İnam Kərimov Ağstafada Novruz yarmarkasında iştirak edib

Kənd Təsəruffatı Nazirliyi, Ağtafa rayon İcra Hakimiyyətinin dəstəyi, “Ağstafa Aqroparkı”ın təşkilatçılığı ilə Ağstafada Novruz yarmarkası təşkil olunub.

ONA-nın yerli bürosunun xəbərinə görə, yarmarkanın keçirilməsində məqsəd region əhalisinin bayram ərəfəsində kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının tam ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda bazarlarda süni qiymət artımının qarşısının alınmasıdır. Bayram ərəfəsində hər gün saat 09:00-dan 15:00-dək əhalinin xidmətində olan yarmarkada məhsullar topdan satış qiymətindən 20, bazar qiymətlərindən isə 30 - 40 % ucuz qiymətə təklif olunur.

Yarmarkada bütün növ yerli kənd təsərrüfatı məhsulları- meyvə-tərəvəz, müxtəlif çərəzlər, ərzaq məhsulları, ət və süd məhsulları, bal və s. satılır. Əhalinin yarmarkaya gediş-gəlişi təmin etmək üçün Ağtafa Aqroparkın Nəqliyyat vasitələri hər gün saat 07.00 dən etibarən, ödənişsiz olaraq xidmət göstərir.

Kənd təsərrüfatı naziri İnam Kərimov yarmarkaya baş çəkib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR