Bu ilin yanvar-mart aylarında Azərbaycan 3 190,3 ton həcmində qara metallardan borular ixrac edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 75,9% azdır.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac olunan qara metallardan boruların dəyəri 2,44 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 77% azdır.
Bundan başqa, bu ilin birinci kvartalında Azərbaycan 8 586,5 ton qara metallardan yarımfabrikatlar ixrac edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur. İxrac edilən yarımfabrikatların dəyəri 3,65 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 çoxdur.