Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6,5 mlrd. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% çoxdur.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5% çox, yəni 5,2 mlrd. kubmetr qaz ixrac edilib.
Məlumata əsasən, Gürcüstana ixrac edilən qazın həcmi 1,3 mlrd. kubmetr olub.