Azərbaycan 2019-cu ilin birinci rübündə 3,2 mlrd. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 27% çoxdur.
ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Şahdəniz-2 qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyədək sözügedən boru kəməri vasitəsilə 1,4 mlrd. kubmetr kommersiya məqsədli qaz nəql edilib.
Hesabat dövründə SOCAR tərəfindən 5,8 mln. tona yaxın xam neft ixrac olunub, bu da keçən ilin birinci rübü ilə müqayisədə 1,7% çoxdur.
Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur.