• İQTİSADİYYAT

    09:27 19 aprel 2019

Azərbaycan Qətərə sənaye məhsulları ixrac edəcək

“Made in Azerbaijan” brendinin təşviqi, qeyri-neft məhsullarının xarici bazarlarda təbliği məqsədi ilə Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Qətərə təşkil olunmuş ixrac missiyası başa çatıb.

ONA-nın Azpromo-ya istinadən verdiyi məlumata görə, təşkil edilən ixrac missiyasında qida, tekstil və tikinti məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti iştirak edib.

İxrac missiyasına daxil olan Azərbaycan şirkətləri ilə Qətərdən olan həmkarları ilə məhsulların satışının artırılması istiqamətində danışıqlar aparılıb, razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın “İDEA” şirkəti Qətərin “Seven Continents Enterprises”, “Zebrano Wood Works”, “Redco Construction Alamana” şirkətləri ilə istehsal etdiyi məhsulun ixracına dair razılıq əldə edib.

Bundan başqa, Azərbaycanın “FARKO”, “Delta Group C.O.”, “APİAZ”, “Brightman BMC” və “Azertexnolayn” şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair ilkin razılığa gəliblər.

Missiya çərçivəsində iki ölkənin turizm şirkətləri əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR