• İQTİSADİYYAT

    13:53 20 may 2019

Azərbaycan qızıl və gümüş hasilatını artırıb  

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 073,6 kq qızıl istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur.

Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə ölkədə 1 006,5 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,4% artıb.

Metal filizlərinin hasilatı:

Məhsul növləri

2019-cu ilin yanvar-aprel aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

654,7

127,8

Qiymətli metal filizləri və konsentratları, kq

2 080,1

114,7

o cümlədən:

qızıl

1 073,6

114

gümüş

1 006,5

115,4

Emil

Teqlər:

SON XƏBƏRLƏR